Aşura günüdə qan möhtəkirliyi
İmam Hüseyn xatirinə verilən qanın taleyi necə olur?
Paralel.az xəbər verir ki, bu gün Aşura günü münasibəti ilə ölkənin müxtəlif yerlərində qanvermə aksiyaları keçirilir. Qanvermə məntəqələrinin ünvan və telefonlarını internet sayıtlarında və sosial şəbəkələrdə yayılır, hamı Aşurə günü baş yarıb, qan tökməkdənsə qan verməyə çağrılır. Mərkəzi Qan Bankı və onun bölgələrdəki bölmlərinin ünvanları və telefonları da yaddan çıxmayıb. Ümumilikdə ölkə üzrə siyahıdı 9 mərkəzin adı var. Hər il Aşura günü sadə insanlar minlərlə litir qanın havayı olaraq Mərkəzi Qan Bankına hədiyyə edir. Bəs görəsən əhalidən ödənişsiz, Allah, İmam Hüseyn xatirinə toplanan qanların sonrakı taleyi necə olur - bu qan digərləri kimi xəstələrə satılır, yoxsa ödənişsiz toplanan qan elə Allah, İmam Hüseyin xatirinə xəstələrə havayı verilir?
Məsələ ilə əlaqədər tibb professoru Adil Qeybullaya müracət edərək bu süalı ona ünvanladıq. A.Qeybulla bildirdi ki, həmin gün toplanan qan Mərkəzi Qan Bankına təhfil verilir: "Qan orada kompanentlərinə ayrılaraq, dondurulur və banka daxil edilir. Oradan isə qan dövlət xəstəzanalarına pulsuz, özəl xəstəxanalara isə müəyyən kommersiya razılaşması əsasında verilir. Yəni Aşura günü toplanan qan digərlərindən ayrılmır, çünki onsuz da qan dövlət xəstəxanalarında ödənişsiz istifadə edilməlidir".
Mütəxəssisin dediyindən belə anlaşılır ki, insanların Aşura günü verdiyi qan da xəstəxanalarda müxtəlif qiymətə xəstələrə satılır. Hazırda dövlət xəstəxanalarında bir dəfə vurulmalı olan qan porsiyasını ən yaxşı halda 70-100, bir sıra hallarda isə 800-1000 manata satırlar.
Əziz şiələr, siz İmam Hüseyn xatirinə verdiyiniz qanı Azərbaycan səhiyyəsi sataraq ondan həm leqal (özəl xəstəxanalara satmaqla), həm də qeyri-leqal (dövlət xəstəxanalarındakı xəstələrə satmaqla) yollarla pul qazanır. Ona görə də sadəlövhlük edib, İmam Hüseyn xatirinə verdiyiniz qanınızı Azərbaycan Mərkəzi Qan Bankına etibar etməyin, başqa alternativlər arayın. Məsələn, qana ehtiyacı olan xəstələr tapıb qanınızı ünvanlı şəkildə hədiyyə edə bilərsiniz, başqa alternativlər də düşünmək olar...
Akif Nəsirli