Erməni “spiger”: “Məqbul olan yeganə variant Minsk Qrupunun himayəsi altında danışıqların bərpasıdır”
 

 

Erməni “spiger”: “Məqbul olan yeganə variant Minsk Qrupunun himayəsi altında danışıqların bərpasıdır”  
 

Paralel.az xəbər verir ki, avqustun 19-da qondarma Dağlıq Qarabağ Respublikası Milli Məclisinin sədri Artur Tovmasyan “Azad Vətən - OQS” fraksiyasının bir qrup üzvüylə görüşüb. Erməni mətbuatı yazır ki, görüşdə “DQR”ın statusu və regional problemlərlə bağlı məsələlər müzakirə edilib. Parlament rəhbəri vurğulayıb ki, mövcud reallıqda partiyanın maraqları milli məqsədlərə tabe olmalıdır: “Artsaxın tanınması üçün səyləri gücləndirmək lazımdır. Məqbul olan yeganə variant ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqların bərpasıdır”.

Nigar

0.038727045059204