Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda etiraz aksiyası keçirilir
 

Paralel.az xəbər verir ki, itkin düşmüş hərbçilərin yaxınları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası yaxınlığında etiraz aksiyası keçirirlər. Erməni mediası avqustun 19-da keçirilən etiraz aksiyası barədə xəbər verir: “Etirazçılardan biri jurnalistlərə müsahibə verərək, valideynlərin oğullarının harada ola biləcəyi ilə bağlı faktlar topladıqlarını deyib. Atalar səngərə girərək, Fövqəladə Hallar Nazirliyi və “Qırmızı Xaç” heyəti ilə birlikdə axtarış işləri aparırlar”. Məlumatda qeyd edilib ki, itkin düşmüş 21 hərbçidən yalnız 9-nun cəsədi tapılıb. Onlardan da yalnız 8-nin şəxsiyyəti müəyyən edilib, birinin kim olduğuna isə qərar verə bilmirlər. Xəbərdə o da deyilib ki, itkin düşmüş 21 əsgər Tsor hərbi hissəsinin əsgərləri olub.

Nigar

0.020624160766602