Bankomatların işləməməsi pensiyaçılara problem yaradır

Bankomatların işləməməsi pensiyaçılara problem yaradır
 

Ölkə vətəndaşlarının üzləşdiyi çətinliklərdən biri bankomatlarla bağlıdır. Paytaxt sakinləri Yasamal rayonu, Şəhriyar-6 ünvanında yerləşən bankomatların işləməməsindən şikayət ediblər. Həmin ünvanda yerləşən bankomatdan mütəmadi şəkildə pensiyasını alan vətəndaşlara görə, bu vəziyyət hər ay müşahidə olunur: “Bu ünvanda iki bankomat var, biri “Kapitalbank”a, digəri “Beynəlxalq bank”a aiddir. Lakin hər ay biz çətinliklə üzləşirik. Bankomat ya işləmir, ya da maaş, pensiya köçürülən vaxt nasaz olur. Yükləmənin çətinliyi bizim onsuz da xəstə canımıza əlavə problem yaradır. Biz daim yaşadığımız ünvandakı bankomatlardan istifadə edirik, amma belə problemli vəziyyət əsəblərimizin tarıma çəkilməsinə səbəb olur.

Bankomatlar daim işlək vəziyyətdə olmalıdır, sürətli işləməlidir. Yoxsa yaşadığımız ərazidə bankomat olduğu halda, pensiya ümidinə qalan pensiyaçılar niyə şəhərin digər yerlərinə bankomat axtarışına çıxmalıdırlar?!”.

Nigar

0.016136169433594