Siracəddin Hacı: "Haqq uğrunda dirəniş bayrağını qaldırmış HÜSEYNƏ salam olsun!"

Siracəddin Hacı:
 
Siracəddin Hacı yazır: "Aləmlərə rəhmət olaraq göndərilmiş ALLAH RƏSULUNUN gözəl nəvəsi, ümmətə əmanəti, zülmə qarşı dirənərək, canını verərək şəhid olmuş HƏZRƏT HÜSEYNİ rəhmətlə, sevgi ilə, hüznlə yad edirəm.
UCA ALLAHIN rəhməti, bərəkəti, salamı bütün müsəlmanların ortaq dəyəri, həyat iman və cihaddır ölçüsünü qoymuş HƏZRƏT HÜSEYNİN üzərinə olsun!
HƏZRƏT HÜSEYNİ sevməyin gerçək ölçüsü sinəyə vurmaq, başına döymək, kürəyini zəncirləmək, mərsiyə oxumaq deyil, onun etdiyini etməkdir – zülmə, yalana, harama, saxtakarlığa, rüşvətə, əxlaqsızlığa qarşı çıxmaq, tövhidi, ədaləti, barışı, mərhəməti, elmi, xeyri, halalı çoxaltmaqdır.
HƏZRƏT HÜSEYNİN zülmə dirənişindən, cəsarətindən saatlarla danışanlar, O bizim örnəyimizdir deyənlər bircə dəqiqə vaxt ayırıb Azərbaycandakı rüşvətə, yalana, harama son qoyulmalıdır deyə bilmirlər. Bu, saxtakarlıq, ikiüzlülük, HÜSEYNİN dəyərli mirasına hörmətsizlik, Onu istismar deyilmi?
HƏZRƏT HÜSEYNİ ilahlaşdırmaq, onunla bağlı xurafələr uydurmaq, onu məzhəb təbliğatçısına çevirmək, ondan siyasi hədəflərini gerçəkləşdirmək üçün istifadə etmək, Kərbəlanı din kimi tanıtmaq sayğısızlıq və iftiradır.
ŞƏHİD HÜSEYNƏ, SEVGİLİ HÜSEYNƏ, haqq uğrunda dirəniş bayrağını qaldırmış HÜSEYNƏ salam olsun!".
 
 
0.015696048736572