Sahil Babayev düşmənin ona verdiyi plan üzrə işləyir?

Sahil Babayev düşmənin ona verdiyi plan üzrə işləyir?
 

Bu planı xalqımızın düşmənləri hazırlayıb?

Prezidentin imzaladığı rəsmi sənədə əsasən, Sahil Babayev nazir potuna 18 aprel 2018-ci ildə təyin olunub. Qeyd edim ki, ƏƏSM nazirliyi ölkəmizin strateji qurumlarından sayılır və bu nazirlik ölkə əhalisinin 2 milyondan çox hissəsinin dövlət təminatı ilə məşğuldur.

Sahil Babayev nazir kreslosuna təsadüfən yox, Rusiya tərəfindən uzun müddət hazırlq təlimi keçəndən sonra gətirilib.


Sahil Babayevdən əvvəl nazir kreslosunda əyləşdirilən Füzuli Ələkbərov və Səlim Müslümov da Rusiyanın razılığı ilə nazir təyin olunmuşdular və onlar da xalqın durumunu pisləşdirən Rusiya planı üzrə işləyirdilər. Lakin onların gördüyü iş Rusiyanı təmin etmədi və buna görə də vəzifədən getdilər.
Sahil Babayev nazir postunda əyləşəndən bəri xalqın narazılığı ən yüksək həddə yüksəlib. Buna baxmayaraq xalqın hər gün artan narazılığı nə nazirin, nə də hökumətin vecinə deyil. Çünki ölkə hakimiyyətində əyləşənlərin tam əksəriyyətinin ağası olan Rusiya belə istəyir. Nökərlər də ağalarının istəyini yerinə yetirib, kreslonu qoruyurlar.

Sahil Babayev də Rusiyanın ölkəmizdəki nökərlərinin nökəri kimi üzərinə düşən nökərçilik borcunu ödəmək üçün xalqa qarşı ən şərəfsiz planları xüsusi həvəslə icra edir: - ƏƏSM nazirliyində rüşvət və korrusiya ən yüksək həddədir, 200 minə yaxın insan əlillik təqaüdündən məhrum olunub, sosial yardımlar aşkar mənimsənilir, əhalinin məşğulluğunun təmin olunması üçün ayrllan dövlət vəsaitləri mənimsənilir, əmək müfəttişliyi rüşvətxorluğun pik zirvəsinə qalxıb, nazirlik sistemində işəgötürmə və işdənazadetmə prosesi mövcud Konstitusiya və qanunların tələblərinə məhəl qoyulmadan aparılır, hökumət isə hər şey yerindəymiş kimi, ağzına su alıb susur!

Ölkədə hökm sürən bu cür ağılasığmaz mənfi hallarla üzləşən vətəndaşların qaçmağa imkanı olanlar artıq ölkədən çoxdan qaçıblar, ölkədə qalanlar isə müxtəlif problemlərlə üzləşərək, məhv olurlar.

Röyal

 

0.019121170043945