Sumqayıtda korona reydlər
Artıq bir neçə gündür ki, Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü ilə karonavirusa qarşı biganəlik nümayiş etdirən insanların maarifləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir. Şəhər sakinlərinin məlumatına görə, şəhər icra hakimiyyətinin, nəqliyyat departamentinin və polis əməkdaşlarının iştirakı ilə keçirilən bu tədbirlər sır maarifıləndirmə məqsədi daşıyır. Tədbirdə iştirak edən polis əməkdaşının dediklərinə görə, tədbirdə məqsəd heç də kimisə cərimələmək deyil:" Biz çalışırıq ki, insanlar həm özlərini, həm də ətrafdakıları bu bəladan qorusunlar. Lakin çox təəsüflər ki, bəziləri bunu anlamaq istəmirlər. Buna görə də maarifləndirmə tədbirlərinin sayını artırmaq lazım gəlir".
Ölkəmizdə koronaya yoluxma və ölüm hallarının artması, bir çoxların təşvişə salsa da, heç kim güclü qapanmanın olmasını istəmir. Belə olduğu təqdirdə isə insanlar tətbiq olunan qayda və məhdudiyyətlərə əməl etməlidirlər. Maska, məsafə və qiqiyena məsələsinə ciddi yanaşmalıdırlar. Burada isə cərimələr yox, geniş maarifləndirmə təbirlər daha effektli nəticələr verə bilər. Eyni zamanda, insanlar pevənd olunmaqdan çəkinməməlidirlər. Bunu birdəfəlik anlamaq lazımdır ki, vaksin insanı virusa yoluxmaqdan qorumasa belə, yoluxduğu halda ondan daha asan qurtulmasına yardım edir. Bu baxımdan Sumqayıt şəhərində keçirilən tədbirləri təqdir edirik və başqalarına da nümünə olsun deyirik.
Yusif