Avqust qiyamından 30 il keçdi
Yaşlı nəslin nümayəndələri bu günü yəqin ki, yaxşı xatırlayırlar. 18 avqust 1991-ci il. Keçmiş sovet respublikalarında baş qaldıran milli münaqişələr, Mixail Qarbaçovun bu hadisələrin qarşısını ala bilməməsi, Pribaltika respublikalarında, Tiflisdə və Azərbaycanda tökülən insan qanı, onun hakimiyyətinin sonunu yaxınlaşdırdı. Qarbaçovun idarəçilik formasından narazı olan bir qrup dövlət məmuru, hərbiçilər və generallar "Ağ evdə" (Kreml) qiyam qaldıraraq Qarbaçovu hakimiyyətdən uzaqlaşdırdılar və hakimiyyət QKÇP (Qosudarstvennıy Komitet po Çerezvıçaynım palajeniyam)-Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin əlinə keçdi. Bu komitənin də hakimiyyəti üzün çəkmədi və onların Sovet İttifaqını bərpa etmək cəhdləri puça çıxdı. Azərbaycanda, artıq sovet rejiminin tərkibində qala bilməzdi. O zaman Azərbaycan xalqı həm daxildə erməni qəsbkarlarına qarşı mübarizə aparır, Həm də dövlətimizin müstəqilliyi üçün mücadilə edirdi.
Mərkəzdə baş verən qiyam və onun süqutu müstəqilliyə gedən yolumuzu bir qədər də qısaltmış oldu. Qiyam yatırılsa da, artıq Sövet rejiminin bərpası mümkün deyildi. Qiyamdan düz iki ay sonra- 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi.
Yusif