Haitidə zəlzələsi qurbanlarının sayı 2 mini keçdi
Paralel.az Vzqlad.ru-ya istinadən xəbər verir ki, Ölkənin mülki müdafiə idarəsindən verilən məlumata görə, Haiti zəlzələsi nəticəsində 1941 nəfər ölüb, 9 mindən çox insan yaralanıb.
100 mindən çox bina tamamilə və ya qismən dağılıb. Dağıntılar altında insanların axtarışı davam edir.
TASS xəbər verir ki, Cənub bölgəsində baş verən zəlzələnin qurbanları 1597 nəfər, Böyük Anse departamentində 205 nəfər, Nipp bölgəsində 137 nəfər, Şimal-Qərb bölgəsində isə iki nəfər ölüb.
Xatırladaq ki, şənbə günü Haiti sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti Haiti zəlzələsi qurbanlarının sayının bir neçə minə çata biləcəyini təxmin edir.
Akif