Xocavənd qəsəbəsində polis nəzarəti niyə yoxdur?! - cinayətkalıq çoxalıb...

Xocavənd qəsəbəsində polis nəzarəti niyə yoxdur?! - cinayətkalıq çoxalıb...
 

Qəsəbədə oğurluq və digər cinayətkarlıq hallar artıb

Müzəffər ordumuzun Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm qələbədən sonra ermənilərin nəzarətində olan Hadrut qəsəbəsi də azad olunub. Buna görə də Xocavənd rayon polis şöbəsinin əməkdaşları bir neçə aydır bütünlüklə Hadrut qəsəbəsinə köçürülüb.

Təəssüflə qeyd edim ki, Xocavənd Rayon Polis şöbəsinin bir sıra əməkdaşları Hadrut qəsəbəsində asayişi qorumaq əvəzinə, polis adına ləkə gətirən, yaraşmayan, peşə fəaliyyətilə bir yerə sığmayan soyğunçuluq və talançılıqla məşğul olduğuna görə, polis orqanlarından xaric olunublar.

Polis şöbəsinin Xocavənd qəsəbəsindən Hadruta köçməsi qəsəbənin təhlükəsizliyinin təminatına təhlükə yaradıb. Qəsəbədə polis nəzarətinin olmaması bir sıra cinayət hadisələrinin baş verməsi üçün əlverişli şərait yaradıb. Qəsəbədə oğurluq və digər cinayət halları çoxalıb.

Son yay aylarında şəxsiyyəti məlum olmayan manyak tərəfindən gecələr bir neçə şəxsin minlərlə ot kiplərindən ibarət olan ot tayaları yandırılıb. Qəsəbənin polis nəzarətindən kənarda qalması cinayət törədən ünsürlərin tapılmasını çətinləşdirib.

Xocavənd qəsəbəsinin polis nəzarətindən kəarda qalması, eyni zamanda, COVUD-19 xəstələrinə nəzarət işini çətinləşdirib və bu da xəstəliyin qəsəbədə geniş yayılmasına şərait yaradıb.

Xocavənd qəsəbəsində polis nəzarətinin təmin edilməsilə əlaqədar rayon rəhbərliyinin yuxarı orqanlara etdiyi müraciətlərə isə əhəmiyyət verən yoxdur.

Aslan Quliyev

0.020051956176758