“Azərqaz”ın “qazın” alan tapılacaqmı?

“Azərqaz”ın “qazın” alan tapılacaqmı?
 
Son günlər “Azərqaz”la bağlı saytımıza xüsusilə paytaxt sakinlərindən daxil olan şikayətlər əsasən Tarif Şurasının qaza tətbiq etdiyi limitlə yanaşmada “Azərqaz” İB-nin etdiyi özbaşınalıqdandır. Şikayətçilər bildirir ki, sayğaca qaz yükləyərkən məlum olub ki, limiti keçiblər, halbuki Tarif Şurasının limitlə bağlı yeni qərarı bu il iyunun 1-dən qüvvəyə minib. Araşdırma zamanı ortaya çıxıb ki, sən demə tariflər yeni müəyyən edilsə də “Azərqaz” onun hesablanma qaydasın ilin əvvəlindən, yəni yanvar ayından götürür. Ki, bu da qaydalara və istehlakçı hüquqlarına ziddir. Çünki, vətəndaşın ziyanına olan heç bir qanun, qərar geri tarixə şamil edilə bilməz. Başqa sözlə, əgər Tarif Şurasının yeni limitlə bağlı qərarı iyunun 1-dən tətbiq edilirsə təyin olunmuş qaz limitinin hesablanması da həmin tarixdən olmalıdır. İndiki halda isə vətəndaş arxayındır ki, 1200 kubluq limiti var və onu gələn ilin iyunun 1-ə kimi sərbəst işlədəcək. Qəfil “Azərqaz” öz arşını ilə çıxır ortaya və iddia edir ki, ilin əvvəlindən istehlak etdiyin qaz artıq 1200 kubu keçib, bundan sonra yalnız hər kub üçün 10 yox, 20 qəpikdən ödəməklə qaz əldə edə bilərsən. Fikrimizcə bu “Azərqaz” tərəfindən kobud qanun pozutusudur və Tarif Şurası, yaxud Nazirlər Kabineti bu özbaşınalığa dərhal müdaxilə etməlidir. 
           
Səma
 
0.028136968612671