Vaksin olunmayan təqaüdçülərin pensiyası kəsilməyəcək
 

Vaksin olunmayan təqaüdçülərin pensiyası kəsilməyəcək 
 

Paralel.az xəbər verir ki, mövcud vaksinasiya prosesiylə bağlı əhalinin bəzi narahatlığı var. Qeyd edək ki, bu sırada növbəti sual ölkənin təqaüdçü kəsimindən gəlib. Pensiyaçılar söyləyib ki, vaksinasiya olunmayacaqları təqdirdə, onların pensiyasının kəsiləcəyi barədə söz-söhbət gəzir. Peniyaçıların narahatlığını nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, nazirlik tərəfindən bu barədə hansısa rəsmi açıqlama yoxdur: “Qəbulla bağlı və DOST mərkəzlərində vətəndaşların müraciətlərinə baxılması 16 avqustdan etibarən, COVİD pasportu və ya onlar peyvənd olunduqları halda həyata keçiriləcək. Nazirliyin saytında bu barədə məlumat yerləşdirilib. Amma vaksin olunmayacaqları təqdirdə, pensiyaların kəsilməsi ilə bağlı rəsmi açıqlama yoxdur”.

Nigar

0.016307830810547