Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 

Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan
vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli
1361 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş
bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” 2018-ci il 4 oktyabr
tarixli 283 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin
və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 1320 nömrəli
Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5,
maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314,
2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448,
№ 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11,
maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1,
maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5,
maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10,
maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5,
maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8,
maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1,
maddə 33; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli
1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 55-2.6-cı bəndə “Çevik Hərəkət Qüvvələrinin komandanı,” sözlərindən
sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələrinin komandanı,” sözləri əlavə edilsin;
1.2. 63-cü hissəyə “Xidmətin Sahil Mühafizəsinin rəisi,” sözlərindən sonra
“Çevik Hərəkət Qüvvələrinin Komandanı, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin
Komandanı,” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və
sərhəd hərbi dəniz bayraqları haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983; 2019, № 7, maddə 1218)
aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında
Əsasnamə”nin 2-ci hissəsinə “Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra “Xüsusi
Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin döyüş bayraqlarının təsviri” üzrə:
2.2.1. aşağıdakı məzmunda 5.3-1-ci, 5.6-1-ci və 5.6-2-ci bəndlər əlavə edilsin:
“5.3-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağında – “Dövlət
Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri”;”;
“5.6-1. Qubadlı Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət
Sərhəd Xidməti Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyası”;
5.6-2. Qazax Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd
Xidməti Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyası”;”;
2.2.2. 4-1, 7-1 və 7-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2021-ci il

0.032863140106201