Miqrasiya idarəsi onlayn maarifləndirmə tədbiri keçirib

Miqrasiya idarəsi onlayn maarifləndirmə tədbiri keçirib
 

Paralel.az xəbər verir ki, Xaçmaz  regional  miqrasiya  idarəsi tərəfindən  “Ölkəyə gələn əcnəbi turistlərin qeydiyyat qaydaları” mövzusunda  onlayn maarifləndirmə tədbiri keçirilib.

Görüşdə turizm informasiya mərkəzləri və tuzim obyektlərinin nümayəndələri iştirak edib. İştirakçılara pandemiya dövründə ölkəyə gələn əcnəbi turistlərin turizm obyektlərində qeydiyyatı qaydaları, 24 saat 3 dildə fəaliyyət göstərən Çağrı mərkəzi, mobil tətbiq – MİGAZ, elektron xidmətlər barədə məlumatlar verilib.

Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Röyal

 
0.040440797805786