Növbəti erməni saxtakarlığı: “Bura Azərbaycan ərazisi deyil”
Paralel.az xəbər verir ki, qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri David Babayan əsassız bir iddia ilə çıxış edib. O, statusla bağlı Azərbaycan tərəfinin yanaşmalarına toxunaraq, onun Azərbaycan ərazisi olmadığını vurğulayıb. Babayan “Armenpress”ə verdiyi müsahibədə Bakını reallığı təhrif etməməyə çağırıb: “Əlbəttə ki, bura Azərbaycanın ərazisi deyil. Məqsədləri Artsaxı Azərbaycan ərazisi etmək olsa da, bu onların uğur qazanacaqları demək deyil”.
O, Azərbaycan MN-nin Ermənistanın silahlı qüvvələrini Qarabağ ərazisinə köçürdüyünə dair bəyanatına cavab kimi, Ermənistandan qoşun yeridilmədiyini söyləyib. Babayan hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi vasitələrdən istifadə etməsi və Bakının oxşar bəyanatları psixoloji təzyiq göstərmək xalqı qorxutmaq məqsədi güdür: “Ermənistan-Rusiya münasibətlərini pozmağa, Artsaxla Ermənistan arasındakı əlaqələri pozmağa çalışırlar. Ordumuz və silahlı qüvvələrimiz həmişə olacaq, çünki bu, əhalimizin təhlükəsizliyinin təminatıdır. Ermənistan Artsaxın təhlükəsizliyinin qarantı olaraq qalır. Ermənistanın gələcəyinin Artsaxın gələcəyi kimi təhlükəsiz olmasını istəyiriksə, Ermənistanın ictimai və siyasi həyatında onun yeri və rolu yüksək olmalıdır. Bu olmadan, çox pis olacaq. “Qarabağ-erməniləri” oyunu oynayan bu təxribatçılar, düşmənlər artıq məsuliyyətə cəlb olunmalıdır”.
Nigar