Əfqanıstanın paytaxtında hansı ölkələrin səfirliyi qalıb?
Paralel.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə yalnız Rusiya, Çin və Pakistan dövlətinin səfirlikləri qalıb. Bu barədə BBC məlumat yayıb.
Rusiya səfirlik işçilərini yalnız qismən təxliyə edəcəyini bildirib. Xüsusilə, Rusiya səfiri Dmitri Jirnov diplomatik nümayəndəliklərin təhlükəsizlik məsələlərini müzakirə etmək üçün “Taliban” nümayəndələri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.
Öz növbəsində, Əfqanıstandakı Çin səfirliyi gələcək planlarını şərh etməsə də, yerli Çin sakinlərinə təhlükəsizlik məsələsinə diqqətlə yanaşmaları barədə xəbərdarlıq edib.
İndoneziya da ölkədə “kiçik diplomatik missiya” saxlayacağını, lakin səfirliyini təxliyə edəcəyini bildirib.
Kabildəki səfirliyini təxliyə edən son ölkə Hindistan olub. Xüsusi reyslə ölkənin səfiri və digər əməkdaşlar Hindistana qayıdıb.