Lavrov beynəlxalq avtomobil daşıyıcılarını Qarabağa dəvət edir
Paralel.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasını infrastrukturun bərpa edildiyi Qarabağda işləmək imkanlarını yoxlamağa dəvət edib. Erməni mətbuatı “Ria.Novosti”yə istinadən yazır: ”İnfrastrukturun və magistral yolların bərpası ilə bağlı indi aktiv işlər görülür. Buna görə də, bu perspektivli əraziyə daha yaxından nəzər salın. Məncə, bunun açıq şəkildə iqtisadi faydaları olacaq. Amma eyni zamanda, bölgədə vacib olan iqtisadi inkişaf Rusiyanın yaxın qonşuluğu sayəsində fəal şəkildə davam edir”.
Nigar