Siranuş Saakyan: "Zəngilanıma qaytarsalar, gedərəm, çünki..."

Siranuş Saakyan:
 

Siranuş Saakyan: "Zəngilanıma qaytarsalar, gedərəm, çünki..."

Erməni tayfasının həyasızlığının sərhəd tanımadığı barədə çox oxumuşam, çünki dünyanın dahi insanları bu barədə çox yazıb. Ona görə "tayfa" yazıram ki, bu adda hələ millət formalaşmayıb, toplum yalnız mağara-tayfa təfəkkürü ilə düşünür. Bütün millətlərdə təhsil, elm insanları ədalətli olamğa sövq edir. Yüksək səviyyəli intellekt sahib olan insanlar xalq, millətə anlayışlarına nisbi yanaşır, özünü sadəcə insan sayır, bəşəri düşünür və öz millətinin də qəbahətini görür, dilə gətirir. Ermənilərdə isə əksinədir, erməni nə qədər yüksək səviyyədə intellektə sahiblənirsə, o qədər də alçaq səviyyəli həyasızlığa imza atır.

Vaxtınızı çox almadan biri sıravi, digəri isə yüksək intellekt sahibi olan iki erməninin fikirlərinini diqqətinizə çatdırmaq istəyirəm. Onlardan biri demokratik seçkilər nəticəsində müxalifətdən erməni parlamentinə deputat seçilmiş Taqui Tovmasyandır. Müxalifət partiyasından mandat almış deputat Taqui Tovmasyan deyir: "Azərbaycan hərbçiləri Kut, Azat, Norabak, Sotk yaşayış məntəqələrini atəşə tutublar. Atışma və partlayış nəticəsində sərhəd sakinlərinin dinc yaşayış haqqı pozulub. Sotk mədəninin işçiləri təhlükəsizlik səbəbindən ərazidən təxliyyə olunublar. İlkin məlumatlara görə, bizim tərəfdən iki nəfər həlak olub".

Birincisi, qeyd edək ki, hazırda cəbhənin bütün istiqamətlərində ermənilər atəşkəsi pozaraq, hələ münaqişənin bitmədiyi barədə dünya dövlətlərini və beynəlxalq təşkilatlara mesaj versinlər. Əks təqdirdə, Azərbaycanın atəşkəsin pozulmasında heç bir marağı yoxdur.

İkincisi isə sözü gedən kəndlərin ən böyükündə 60 erməni evi var. Sotk mədənində isə təxminən 30 nəfər çalışır. Yəni, üst-üstə bu məsələdə tutaq ki, min erməni bir neçə aydır qorxudan əziyyət çəkir. Məgər bu adam anlamır ki, Füzuli, Zəngilən, Cəbrail, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam rayonlarının bütün əhalisi, Dağlıq Qarabağın isə azərbaycanlı icması erməni işğalı üzündən 30 ilə yaxındır ki, yurd-yuvasından didərgin düşüb. Onların sayı bir milyona qədərdir. Həmin əhalinin evi dağıdılıb, şəhərləri və kəndləri talan edilib... Buna görə bütün Ermənistan hüquqi və mənəvi məsuliyyət dağıyır. Belə bir vandalizmin qarşısında min erməninin qorxu altında yaşaması nədi ki? Bu erməni tayfasının intellektual həyasızlığıdır.

"Azadlıq Radiosu"nun Ermənistan bürosunun verdiyi məlumata görə, İrəvanda işğaldan azad edilmiş Azərbaycan ərazilərdən qaçmış ermənilər etiraz aksiyası keçirib, hökumətdən ev istəyir. Oradan hazırlana reportajda müsahibə vermən, 22 il Zəngilənda yaşamış, 80 yaşlı Siranuş Saakyan isə deyir ki, mən başqa yerdən ev istəmirəm, Zəngilanıma qaytarsanız, gedərəm, çünki ərimin qəbri orda qalıb.

Buyurun, cəmi 22 il işğal edilmiş Zəngilanda yaşayan erməni qadın həyasızcasına "zəngilanım" ifadəsini işlədir və ərinin qəbrini xatırladır. Məgər hərə gətirib Azərbaycan ərazisində bir leş basdıracaq, bununla da bura onun doğma torpağı olacaq? Bəs ulu babaları bu torpaqda uyuyan yüzmindən çox zəngilanlı necə olsun, onların vətəni haradı, Siranuş xanım?

Bəli, erməni tayfasından olan bu iki insanın intellekt fərqləri böyük olsa da, eyni həyasızlıqla, lakmn fərqli miqyasla danışır. İntellekti yüksək olanın həyasızlıq miqyası daha böyükdür...

Paralel.az

Akif Nəsirli

 
0.019468069076538