Co Bayden Əfqanıstanda vəziyyətlə bağlı açıqlama verəcək
Prezident Co Bayden Əfqanıstanda böhranla əlaqədar bazar ertəsi Amerika xalqına müraciət edəcək. Bu, ABŞ prezidentinin Əfqanıstan Prezidenti Əşrəf Qaninin Əfqanıstanı tərk etməsi və Taliban qüvvələrinin ölkəyə nəzarəti tamamilə ələ keçirməsindən bəri ilk açıqlaması olacaq.
Paralel.az xəbər verir ki, ağ Ev Baydenin bazar ertəsi günortadan sonra 3:45-də Şərq Otağından danışmaq üçün Kamp Devid iqamətgahından Vaşinqtona qayıdacağını bildirib.
Bayden ABŞ hərbi qüvvələrinin avqustun 31-nə qədər ölkədən bütünlüklə çıxarılması qərarını davamlı şəkildə müdafiə edib.
ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri bazar ertəsi səhər saatlarında hava limanında baş verən xaos zamanı Amerika hərbi nəqliyyat təyyarəsindən düşənlər də daxil olmaqla, yeddi nəfərin öldüyünü bildirib.
Taliban qüvvələrinin inanılmaz sürətlə hakimiyyəti ələ keçirməsindən sonra qaçmağa çalışan minlərlə əfqan paytaxtın hava limanının təyyarə zolağına axışıb.
ABŞ Kabildə Həmid Kərzai hava limanına nəzarəti əlində saxlayır, lakin minlərlə adam ölkəni tərk etməyə çalışdıqca aeroportda xaos yaranıb.
Bayden administrasiyası hərbi qüvvələrin Əfqanıstandan çıxarılmaı qərarını müdafiə etsə də, ölkənin sürətlə Talibanın nəzarətinə keçməsi ilə bağlı təəccübünü ifadə edib.
"Şəhərlərin belə sürətlə çökməsinin hər kəsin gözlədiyindən daha tez olduğuna şübhə yoxdur" - deyə, Milli Təhlükəsizlik müşaviriCeyk Sallivan NBC tele kanalına verdiyi açıqlamada bildirib.
Əfqanıstan hökumətinin sürətlə çökməsi və sonrakı xaos Baydenin baş komandan olaraq qarşılaşdığı ən ciddi sınaqlardan biri hesab edilir. Bir neçə respublikaçı qanunverici Əfqanıstandakı xaosa görə administrasiyanı kəskin tənqid edib.