Partlayış zamanı 22 nəfər vəfat edib

Partlayış zamanı 22 nəfər vəfat edib
 

Livanın Qırmızı Xaç Təşkilatının məlumatında Livanın şimalındakı Akkar bölgəsində yanacaq çəninin partlaması nəticəsində azı 22 nəfərin öldüyü, 79 nəfərin yaralandığı bildirilib. Hadisə yanacaqdoldurma məntəqələrində uzun növbələr və elektrik enerjisinin uzun müddət kəsilməsinə səbəb olan ciddi yanacaq və enerji çatışmazlığı fonunda baş verib.

Paralel.az xəbər verir ki,Livan ordusu yanacaq çənindəki partlayışla əlaqədar istintaqa başlayıb. Prezident Mişel Aun isə Ali Müdafiə Şurasını cavab tədbirlərini müzakirə etməyə çağırdı. Ölənlər arasında hərbçilər və mülki şəxslər var.

Partlayışın səbəbi hələ aydın deyil. Ordu rəsmiləri bir gizli anbarda təxminən 60000 litr benzinin saxlandığı tankerin aşkar edildiyini bildirib. Çox ehtiyac duyulan ləvazimatların sakinlərə paylanması haqda əmr verildib. Bəzi şahidlərin dediyinə görə, ordu getdikdən sonra tankerdə qalan benzini almaq üçün böyük bir izdiham meydana gəlib və partlayış açıq bir ərazidə baş verib.

Yanacaq getdikcə azalır və bahalaşır. Bəziləri yanacağın qaçaqmalçılıq yolu ilə Suriyaya göndərilməsinin ciddi çatışmamazlığa səbəb olduğunu deyir və hökuməti yanacaq idxalını təmin edə bilməməsində günahlandırır.

Mərkəzi Bankın başçısı Riad Salame keçən həftə dövlətin yanacaq subsidiyalarını azaldacağını bildirib ki, bu da qiymətlərin qalxmasına səbəb olacaq.

Yanacaq nəqliyyat vasitələri və elektrik generatorlarını işə salmaq üçün istifadə olunur. Elektrik çatışmazlığı çörək zavodlarının, xəstəxanaların və digər müəssisələrin bağlanmasına səbəb olub.

Züleyxa

0.026756048202515