Əfqanıstan hərbi təyyarəsi Özbəkistanda qəzaya uğrayıb
 

Əfqanıstan hərbi təyyarəsi Özbəkistanda qəzaya uğrayıb 
 

Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Özbəkistanda qəzaya uğrayıb.

Özbəkistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Surxandarya vilayətinin Şerabad rayonunda (ölkənin cənubunda - Əfqanıstanla sərhəddə) avqustun 15-də axşam baş verib. Təyyarədən paraşütlə tullanan bir Əfqanıstan hökumət hərbiçisiyaralanıb.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrin Özbəkistan seqmentində qəzaya uğramış təyyarənin Əfqanıstan Hərbi Hava Qüvvələrinin nişanları olan hissələrini əks etdirən fotoşəkillər və video çərçivələr yayılmışdı.

Akif

0.013421058654785