Rusiya sülhməramlıları uşaqlara “gənc əsgər” dərsi keçir

Rusiya sülhməramlıları uşaqlara “gənc əsgər” dərsi keçir
 

Paralel.az xəbər verir ki, rus sülhməramlıları uşaqlara dağlarda sağ qalmağın əsaslarını öyrədiblər. Xəbərdə deyilir: “Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya sülhməramlıları Dağlıq Qarabağın bütün bölgələrindən olan uşaqlar üçün dağlarda sağ qalmağın əsaslarını əks etdirən “gənc döyüşçü” kursu keçirib. Martakert bölgəsinin Tsmakaog icmasındakı idman və turizm düşərgəsində 13 yaşdan 18 yaşa qədər uşaqlarla praktiki dərslər keçirilib. Hərbi qulluqçular məktəblilərə öz missiyalarını izah edib, uşaqlara sapyorlar tərəfindən yoxlanılmamış ərazidə oyun oynamaqdan yaranacaq təhlükələr, ilkin tibbi yardımın göstərilməsi üsulları izah edilib.Hərbi həkim uşaqlara ilkin tibbi yardımın göstərilməsi üsullarını nümayiş etdirib”.

Xəbərə görə, idman və turizm düşərgəsinin direktoru Vladimir Qriqoryan söyləyib ki, rus sülhməramlıları ilə bütün sahələrdə əməkdaşlıq etməyə və təmas qurmağa çalışılır: “Onlara “bizim sülhməramlılarımız” deyirik. Bu düşərgə bütün layihələri birgə təşkil edə biləcəyiniz əla bir platformadır. Biz fənlər və ixtisaslar üzrə dəstək verilməsi xahişi ilə rəsmi olaraq Rusiya sülhməramlı kontingentinin komandirinə müraciət etdik”.

Nigar

0.090512990951538