İsmayıllıda quruculuq işləri davam edir

 

İsmayıllıda quruculuq işləri davam edir 
 

İsmayıllı rayonu ərazi, məkan baxımından Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Düzdür, bu rayon bəzi qədim rayonlarımıza baxanda çox gec yaradılıb – lakin rayonun etnogetik tarixi, arxeoloji, sənət tarixi çox qədim dövrlərə - qədim Albaniya dövləti mərhələsinə, birdiman qalasının məskun olduğu Cavanşir hakimiyyəti dövrünə gedib çıxır. Məhz buna görə İsmayıllının mədəni-iqtisadi, regional inkişafı həmişə mərhum milli liderimiz Heydər Əliyevi də düşündürürdü. O. bu bölgəyə - Şamaxı-İsmayıllı iqtisadi rayonuna, üzümçülük diyarına tez-tez səfər edirdi, zəhmətkeş insanların real həyatı ilə dərindən maraqlanırdı. Həmin ənənə bu gün də davam edir. Respublikamızın qayğıkeş rəhbəri, “multikulturalizm” siyasətinin yaradıcısı İ.Əliyev də tez-tez bu bölgəyə səfərlər edir, bir sıra yeni qərarlar qəbul etməklə İsmayıllıda yolların inşasına, yeni yaşayış məskənlərinin tikintisinə hər cür şərait yaradır. Rayonumuzun cavan, səriştəli icra başçısı Nahid Bağırov prezidentin qərarlarına çox gözəl əməl edir, ona tapşırılan çox vəzifəni məsuliyyətlə yerinə yetirir. Tez-tez rayonun müxtəlif ucqar dağ və dağətəyi kəndlərinə səfərlər edir, yerli camaatın dərdi-səri, qayğıları ilə dərindən maraqlanır. Bu yaxınlarda bir neçə illər öncə təmir edilib istifadəyə verilən İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu yenidən təmir edilir. Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları DöVlət Agentlioyinin balansına verilib. Bütün bunlar rayonda quruculuq işlərinin mütəmadi davam etdiyini və günü-gündən gözəlləşdiyini xəbər verir. Bu təkcə İsmayıllı rayonunun deyil, qələbə qazanmış bütöv Azərbaycan dövlətinin uğurudur. Bu bizi sevindirir və yeni həyata, quruculuq işlərinə inamımızı daha da artırır gələcək və yeni illərdə. Var olsun milli dövlətimiz, milli liderimiz. Necə deyərlər, “Qarabağ – Azərbaycandır!” şüarı altında irəliyə doğru yeni addımlar ataq müasir qloballaşan dünyada.

E.Məsimli

0.045793056488037