Pakistanda hücum - 9 ölü
Polisin bildirdiyinə görə, şənbə günü axşam saatlarında Pakistanın liman şəhəri Kəraçidə təcavüzkarlar bir yük maşınını hədəf alaraq azı 9 nəfəri öldürüb, 9 nəfəri yaralayıb.
Paralel.az xəbər verir ki, baş polis məmuru Caved Əkbər Riaz hücum zamanı toy mərasimindən qayıdan yük maşında qadınlar və uşaqlar da daxil olmaqla, 20 -dən çox adamın olduğunu bildirib.
Kəraçi xəstəxanasının həkimi Qərar Abbasi beş qadın və dörd uşağın öldüyünü deyib. Riaz ilkin araşdırmanın təcavüzkarların yük maşınının ardınca getdiklərini və sonra yük maşınının bir tərəfinə əl qumbaraları və ya əldəqayırma partlayıcı qurğu atdıqlarını irəli sürdüyünü bildirib.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Partlayışın səbəbi bilinməsə də, polis məzhəb zorakılığını istisna etməyib.
Kəraçinin polis rəisi İmran Yaqub Minhas Pakistanın şənbə günü Müstəqillik Gününü qeyd etdiyi üçün hücumu "terror aktı" kimi qınayıb.
Hərbçilərin bildirdiyinə görə, günün əvvəlində Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan vilayətində təhlükəsizlik patruluna hücumdan sonra atışma zamanı 3 yaraqlı öldürüb.
Ordunun açıqlamasına görə, Loralai bölgəsindəki Şahriq yaxınlığında silahlıların nəqliyyat vasitəsinə atəş açmasından sonra atışma olub və bir əsgər öldürülüb, iki əsgər yaralanıb.
Bu hücumun da məsuliyyətini üzərinə alan olmayıb. Lakin son illər Bəluc separatçı qrupları te -tez bu kimi hücumlar həyata keçirir.
İran və Əfqanıstanla həmsərhəd olan Bəlucistan mineral və qaz baxımından zəngin bir vilayətdir.
Rəsul