Susuzluq fəlakət həddinə çatıb

 Susuzluq fəlakət həddinə çatıb
 
İşğaldan azad olunmuş ərazilərdəki su hövzələrinin böyük bir hissəsinin nəzarətimizə keçməsinə baxmayaraq, ölkənin əksər bölgəsi, xüsusilə Aran zonasında kəskin su qıtlığı yaşanır. İnsanlar nəinki təsərrüfat təyinatlı əkin sahələrini suvara bilmir, hətta içməli suyu belə, çətinliklə əldə edir, bir çox yaşayış məntəqələrində gündəlik satın alırlar.
Paralel.az xəbər verir ki, Ağcabədidəki mənbəmizin verdiyi məlumata görə, rayonun xüsusilə Qarabağ kanalının üst tərəfində yerləşən kəndləri- Mehrablı, Qaradolaq, Yeni Qaradolaq, Kəbirli, sovxoz adlanan kəndləri, Haramı düzü istiqamətindəki əkin yerləri, həmçinin Beyləqan rayonunun Aran qəsəbəsi, Günəşli, Örənqala, Baharabad kəndlərində suyun olmaması səbəbindən həyatyanı dirrik, pambıq sahələri yanıb sıradan çıxır. Vəziyyət o qədər kritikdir ki, sakinlər mal-qaraya belə pulla aldıqları sudan içirməyə məcburdurlar. Görünən budur ki, problemi həll etmək olar. Bizimlə danışan kənd sakini deyir ki, bir fermerin əkdiyi pambıq sahəsi sıradan çıxmaq ərəfəsində fermer 70-80 manatından keçib, ölkə prezidenti də daxil, məsul dövlət qurumlarına silsilə teleqrama göndərəndən sonra Ağcabədi rayondakı səlahiyyət sahiblərin nəhayət ki, kabinetlərindən bayıra çıxarmaq mümkün olub. Həm də nəinki bayıra çıxıblar, hətta əllərində lapatka fermerin pambıq sahəsinin suvarılmasında “yaxından” iştirak ediblər. Bu fakt onu deməyə əsas verir ki, demək problem heç də həllonmuz problem deyil, sadəcə cavabdeh qurumların işə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Bizcə bu məsələ fərdi qaydada deyil, kompleks şəkildə həll olunmalıdır. Çünki qeyd etdiyimiz su qıtlığı problemi Aran zonasına daxil olan iki kənd təsərrüfatı rayonunun əksər kəndlərində yaşanır. Bu hal, yəni sabaha ümidsizlik kəndçinin əlini torpaqdan soyudur, şəhərə axına rəvac verir.
           
Səma
 
0.019354820251465