Səttar Mehbalıyev "həmkarlar imperiyası" ilə 30 ildir zorla vətəndaşların pulunu mənimsəyir...
Azərbaycanda hər məmur özünə bir "imperiya" qurub. Belə "imperiya" sahiblərindən bir neçəsinin adını yada salmağın vaxtı çoxdan çatıb. Məsələn, "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası" (AHİK) ölkədə ən böyük "imperiya"dır. Çoxları haqlı olaraq, bu təşkilatı "dövlət içində dövlət" də adlandırır!
Bu "imperiya"nın hər il ölkə vətəndaşlarından üst-üstə 50 milyondan çox üzvlük haqqı yığır və dədəsinin miras kimi mənimsəyir. Səttar paşa hər il dövlət büdcəsindən DSMF vasitəsilə on milyonlarla pul alır.
Dünya xəritəsində Azərbaycandan başqa elə bir dövlət tapa bilmirəm ki, həmin ölkədə vətəndaşların razılığı olmadan onların qazancından hər ay 1-2 faiz pul tutulsun və AHİK adlı parazit təşkilatda əyləşmiş "maşennikin" ixtiyarına verilsin!
AHİK "imperiyası" hazırda bir nəfərin - SƏTTAR MEHBALIYEVİN qohum-əqrabasının, tüfeyli həyat tərzi yaşamağa vərdiş etmiş həmyerlilərinin, ərəb şeyxləri kimi, yağ-bal içində yaşayan dostlarının, hərgün sonalarla süd hovuzunda çimən, ölkənin gözəl istirahət güşələrində kef çəkənlərin xidmətindədir!..
Ölkədə HƏMKARLAL(R) adı altında cinayətkar oliqarxa çevrilmiş, vətəndaşlardan zorla yığdığı "üzvlük haqqı" ilə özünə Azərbaycanın gözəl guşələrində saray tikən millət vəkili SƏTTAR MEHBALIYEV "İMPERİYASI"nın yanından kimin həddidir ki, ötsün, heç quş da uça bilmir...
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclaslarında, Jurnalistlərin Həmkarlar İttifaqının yaradılması barədə bir neçə dəfə məsələ qaldlrılsa da, Səttar Mehbalıyev və qudası, Prezidentin sabiq köməkçisi Əli Həsənov bu təşkilatın yaranmasına imkan vermədilər.
Ramiz Mehdiyev və Əli Həsənovun himayəsilə Azərbaycanda ən böyük "İMPERİYA" yaradıb, "həmkarlar ittifaqı" pərdəsi altında dövlət orqanlarında və digər təşkilatlarda çalışan insanların qazancından faiz alan Səttar Mehbalıyev indiyədək ölkədə əmək hüququ pozulmuş minlərlə vətəndaşın birinin haqqını müdafiə etdiyinə hələ heç kim rast gəlməyib. Varsa, çıxsın ortaya, üzr istəməyə hazıram...
Məmurlar arasında parça-parça bölünüb sərvətləri mənimsənilən Azərbaycanda Səttar Mehbalıyevin sərvət payı daha çoxdur. Qudası Əli Həsənovun ölkə hakimiyyətini ələ keçirmək üçün tərtib etdiyi gizlin plana daim dəstək verən "imperiya" sahibinin çirkin məqsədini gerçəkləşdirmək imkanının hələ də qüvvədə olduğu deyilir.
Röyal