Ermənistan qorxu içində: “Ankara indi dayandırılmasa, problemlər və “baş ağrısı” olacaq”

Ermənistan qorxu içində: “Ankara indi dayandırılmasa, problemlər və “baş ağrısı” olacaq”
 

Paralel.az xəbər verir ki, Ermənistan Türkiyənin Cənubi Qafqazda yerləşməsindən narahatlıq yaşayır. Erməni mətbuatı yazır ki, hazırda Ermənistanın ətrafında yeni təhlükəsizlik təhdidləri yaradan hadisələr baş verir. Xəbərə görə, bu şəraitdə İrəvanda qəbul edilən qərarlar və hərəkətlər mövcud reallıqlara adekvat olmalıdır. Demokrat Partiyasının lideri Aram Sərkisyan deyib ki, burada məskunlaşan Türkiyənin təklifiylə Pakistanın simasında Cənubi Qafqazda yeni bir oyunçu görünəcək: “Aydındır ki, radikal islamçı qüvvənin yaranması Ermənistanı və müttəfiqi Rusiyanı narahat edə bilməz. Kreml indi belə nəticəyə gəlib ki, Ermənistan ərazisini və Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Dağlıq Qarabağın bir

hissəsini bütün vasitələrlə qorumaq lazımdır. Ermənistan hakimiyyət orqanlarının bəyanatları Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmir. İrəvan bu funksiyanı tamamilə Rusiya tərəfinə həvalə edib. “İşsiz oturan” ATƏT-in Minsk Qrupunun həmsədrləri Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətini dayandırmalıdır. Bunun üçün onlara yeni mandat lazımdır. Demokratik Partiya Türkiyənin siyasi müdaxiləsini yatırmaq, vasitəçilərin səlahiyyətlərini genişləndirmək üçün Minsk qrupunun həmsədr ölkə səfirliklərinə müraciət edəcək. Ankara indi dayandırılmasa, bir çoxu üçün problemlər və “baş ağrısı” olacaq. Türkdilli ölkələrin yeni geosiyasi qütbünün yaranmasının qarşısını hər vasitə ilə almaq çox zəruridir”.

Nigar

0.023710966110229