Sülhməramlılar Qarabağda atəşkəsi niyə təmin edə bilmir?
Tərlan Eyvazov: "Ermənilərin əsas hədəfi Hadrudu və Şuşanı geri qaytarıb, keçmiş DQMV-nin sərhədlərini bərpa etməkdir"
Paralel.az xədər verib ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir: "Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətlərində mövqelərimizi atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb".
Son yarım il ərzində biz Ermənistan-Azərbaycan sərhəddində gərginliyin yaşanması barədə məlumat alırdıqsa, artıq indi Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərindən ermənilər bizi atəşə tutur. Bu hərbi və siyasi taktikadırmı, hədəfi nədən ibarətdir - bu Azərbaycan cəmiyyəti üçün ciddi maraq doğurur. Bu suallara aydınlıq gətirmək üçün hərbi ekspert Tərlan Eyvazova müraciət etdik. Ekspert bildirdi ki, əslində ermənilər ilk olaraq atəşkəsi rus sülhməramlılarının yerləşdiyi ərazidən pozmağa başladılar: "10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən ermənilar silahlarını rus sülhməramlılarına təhfil verəcək və Ermənistan SQ isə geri çəkilacakdi. Əhalinin təhlükəsizliyini isə sülhməramlılar təmin etməli idi. Lakin bu bənd əvvəldən pozulmaqda davam edir, Azərbaycan isə dəfələrlə Ermənistana və Rusiyaya müraciət edərək, razılaşmanın yerinə yetrilməsini tələb edib. Rusiya isə bildirir ki, bu çətin məsələdi, biz prosesi yavaş-yavaş aparırıq. Razılaşmada isə sülhməramlıların yerləşməsi ilə erməni silahlılarının geri çəkilməsi eyni vaxtda nəzərdə tutulur. Son zamanlar görünən odur ki, Ermənistan SQ nəyinki oradan çıxarılır, hələ Qarağa yeni qüvvələr gətirilir. Sülhməramlılar da buna şərait yaradır. Ermənilər məğlubiyyətlə heç cür barışmaq istəmirlər, onların əsas hədəfi Hadrudu və Şuşanı geri qaytarıb, keçmiş DQMV-nin sərhədlərini bərpa etməkdir. Rusiya öhdəliklərinə uyğun olaraq Ermənistana maneə olmur, əksinə kömək edir. Atəşkəsin pozulması bir tərəfdən beynəlxalq aləmin diqqətini cəlb etməkdir ki, burada münaqişə davam edir. Digər tərəfdən, isə ermənilər xof yaratmaqla Qarabağ ətrafındakı işğaldan azad edilmiş ərazilərə köçkünlərin qayıtmasına manie olmağa çalışırlar. Lakin ermənilərin yeni müharibəyə hazırlaşması barədə deyilənlərlə razı deyiləm, çünki onlar hələ ordusunu bərpa edə bilməyib. Bununla yanaşı, həm Avropa, həm də Rusiya Ermənistan ordusunun bərpa olunmasına yardım edir. Məsələn, Rusiya müdafiə naziri Sergey Şoyqu onlara rəmzi olaraq qılınc bağışlayır ki, sizi silahlandıracağıq. İran "qardaşımız" da erməniləri çörəklə təmin edir. Bu qüvvələr ermənilərlə birlikdə düşünürlər ki, 90-cı illərdə olduğu kimi yenidən Azərbaycan torpaqlarını işğal edə biləcəklər. Başda Rusiya olmaqla, bütün beynəlxalq təşkilatlar da bu prosesə nəyinki göz yumur, hətta, ermənilərə kömək edir".
Akif Nəsirli