BBC-nin müxbiri Rusiyada iş vizasını uzatmağı rədd edib
 

BBC-nin müxbiri Rusiyada iş vizasını uzatmağı rədd edib 
 

Paralel.az xəbər verir ki, BBC-nin jurnalisti Sara Raynsford Rusiyada iş vizasını uzatmaqdan imtina edib. Bu barədə “Bloomberg” “Russia-24” telekanalına istinadən yazıb. Xəbərdə qeyd edilib ki, S.Raynsford 31 avqust tarixinə qədər ölkəni tərk etməli olacaq. Yazıda qeyd edildiyi kimi, bu rəsmi qərar İngiltərədəki rus jurnalistlərə qarşı ayrı-seçkiliyə cavab olaraq verilib. Sözügedən xəbərə Raynsforddan və BBC-nin Moskvadakı ofisindən heç bir şərh verilməyib.

Məlumata görə, jurnalist əvvəllər Türkiyə, İspaniya və Kubada telekanal müxbiri kimi çalışıb.

Nigar

0.037462949752808