Siyasilər Zelenskini “yıxıb-sürüdülər”

Siyasilər Zelenskini “yıxıb-sürüdülər”
 

Paralel.az xəbər verir ki, Radanın keçmiş deputatı Yevgeni Murayev Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edərək, ona görə “İspan ayıbı” hiss etdiyini bildirib. Eks-deputat deyib ki, Zelenski bir il ərzində ölkənin şərqindəki münaqişə problemini həll etməsə, başqasının bununla məşğul olacağını demişdi: “Amma iki il keçsə də, müharibə hələ davam edir”. Keçmiş deputat Zelenskini “rol oynamağa davam edən qorxaq, qeyri-səmimi, uzaqgörən olmayan insan” hesab etdiyini etiraf edib. “O, milyonlarla insanın ruhuna əhəmiyyət vermədi, hakimiyyəti qəsb etdi, reytinqi üçün hər şeyi iflic etdi” deyə, Murayev mövqeyini izah edib. Onun fikrincə, Zelenski ukraynalıların hissləriylə oynamaqla və spekulyasiyalarla hakimiyyətə gəlməyi bacarıb.

Ukraynalı siyasətçi, “Müxalifət Platforması - Həyat üçün” partiyası siyasi şurasının üzvü Andrey Lesik isə “Sputnik Radio”nun efirində bu açıqlamanı şərh edib: “Kimin söylədiyindən asılı olmayaraq, bu, doğrudur. Əlavə edim ki, bu, fəaliyyətinin nəticələrini, bəzən də hərəkətsizliyini başa düşməyən bir adamdır. Ukraynada qanun hazırda heç bir şeyi ifadə etmir. Eləcə də, Konstitusiya. Bütün bunlar sadəcə, boş şey hesab edilir. Məhkəmələr lazım olmadığı üçün bağlana da bilər. Bütün qərarlar Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən verilir. Hazırkı prezidentin dövründə ukraynalıların gələcəyə inamı yoxdur”. Siyasətçiyə görə, “çörək yoxdur, amma bizə tamaşa verilir”: “Bu adam “Məhəllə -95 “lə məşğul olmalıdır, insanları əyləndirməlidir. Onun bütün fəaliyyəti faciəli hadisələrə gətirib çıxarır. Ukraynalıların 67 faizindən çoxu özlərini yoxsul hesab edirlər, kütləvi əmək miqrasiyası, gələcəkdə nə gözlədiyini başa düşməmək hissi var. Donbas sakinlərinin Ukraynaya qayıtmaq arzusu olmalıdır. Ukraynada insanlar qorxudulur. Prezidentin hər hansı bir hərəkəti və ya siyasətinin nəyə gətirib çıxara biləcəyi anlaşılmalıdır”.

Nigar

0.087034225463867