Oxçuçayın fəlakət səviyyəsində çirklənməsindən BMT-nin xəbəri yoxdur!
 

Oxçuçayın fəlakət səviyyəsində çirklənməsindən BMT-nin xəbəri yoxdur! 
 

Keişamaza Rukikaire: "Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramına müraciət etməlidir"

Paralel.az xəbər verir ki, BMT Zəngilan rayonundan keçərərək Araz çayına tökülən Oxçuçay çayının kimyəvi tullantılardan təmizlənməsinə kömək etməyə hazır olduğunu bildirib.

Bununla bağlı danışan BMT-nin Ətraf Mühit Proqramının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Keişamaza Rukikaire Oxçuçayın bu səviyyədə çirklənməsindən xəbərsiz olduqlarını deyib.

Bununla yanaşı o, bildirib ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramına müraciət etməlidir: "Ancaq tələb olunarsa, Ətraf Mühit Proqramı təcrübə və səlahiyyətlərimiz daxilində Azərbaycana kömək göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatorunun koordinasiyası və rəhbərliyi altında edə bilərik".

Bütün günü işğadan azad edilmiş ərazilərin bərpasından danışan Azərbaycan hökuməti ermənilərin yaratdığı ətraf mühit problemləri ilə bağlı nə üçün müvafiq beynəlxalq quruumları, o cümlədən də BMT-ni məlumatlandırmır?

Məlumat üçün bildiririk ki, erməni işğalı dövrundə Vejnəli qızıl yatağının və digər faydalı qazıntıların emalı prosesində yaranan kimyəvi tullantıların Oxçuçaya axıdılması nəticəsində çayda kəskin ekoloji problem yaranıb - çay hövzəsi suyu, hətta, heyvanlar üçün belə zəhərli sayılır.

Məsələ ilə bağlı Ekologiya və Təbi Sərvətlər Nazirliyinin mövqeini öyrənməyə çalışsaq da bu baş tutmadı.

Akif Nəsirli

0.040090799331665