Ukraynalı politoloq: “Merkel Minski xilas etməyə gəlir”

Ukraynalı politoloq: “Merkel Minski xilas etməyə gəlir”
 

Paralel.az xəbər verir ki, Almaniya kansleri Angela Merkelin Kiyevə gözlənilən səfərinin əsl məqsədinin Minsk prosesini xilas etmək olduğu bildirilib. Bu fikri ukraynalı politoloq Vadim Karasev söyləyib: “O, Minski xilas etməyə gəlir. Bu, Ukraynanın qaz nəqli sisteminə dair tranzit müqaviləsi müqabilində sonuncu işdir”.

V.Karasevin sözlərinə görə, Merkel Vaşinqtona son səfəri zamanı ABŞ prezidenti C.Baydenlə Minsk prosesi haqqında danışıb: “Merkel Ukraynanın qaz nəqli sistemi ilə Rusiya qazının tranziti haqqında yeni çoxillik razılaşmadan danışıb. Merkelin təklif etdiyi sövdələşmə dörd tərəflidir: Ukrayna, Rusiya, Almaniya və ABŞ”.

Politoloqun sözlərinə görə, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddətinin uzadılması, həmçinin Donbasda sülhün bərqərar olması həm də Rusiya Federasiyası ilə münasibətlərin normallaşması deməkdir.

Nigar

0.021429061889648