Erməni nazir: “Bölgədəki kommunikasiyalar bloklanmasa, dəmir yolu Naxçıvan, Meğri və İcevandan keçəcək”

Erməni nazir: “Bölgədəki kommunikasiyalar bloklanmasa, dəmir yolu Naxçıvan, Meğri və İcevandan keçəcək”
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı bölgədəki kommunikasiya məsələsindən yazıb. Xəbərə görə, ərazi inkişaf və infrastruktur naziri Gnel Sanosyan hökumətin iclasından sonra jurnalistlərə bildirib ki, bölgədəki kommunikasiyalar bloklanmasa, dəmir yolu Naxçıvan, Meqri və İcevandan keçəcək: “Açılma nəticəsində nəinki biz, həm də bölgədəki qonşu ölkələr qalib gələcək. Məsələn, dəmir yolu haqqında danışsaq, infrastruktur qurulmadan blokun açılmasına nail olmaq mümkün deyil. Yol olmayan ərazilərdə də yenisinin tikilməsinə ehtiyac var”.

Məlumata görə, bu istiqamətdə vəziyyət SSRİ vaxtında olduğu kimi, dəmiryolunun Naxçıvan və Meğridən keçdiyi mənzərəylə eyni olacaq: “Sovet dövründə İcevandan bir dəmir yolu keçirdi. Güman ki, bölgədə sülh hökm sürərsə və əlaqələri tamamilə aça bilsək, bu sahələrdə işləmək iqtisadi cəhətdən sərfəli olar”.

Xəbərdə o da vurğulanıb ki, baş nazir Nikol Paşinyan avqustun 12-də keçirilən hökumət iclasında delimitasiya və demarkasiya işlərinin gücləndirilməli olduğunu söyləyib. Paşinyan deyib ki, kifayət qədər tez həll olunası məsələlərdən biri də regionda kommunikasiyaların açılmasıdır.

Nigar

0.022902011871338