Cavad Cavadov: "Bütün dostlara salamları vardır"
Paralel.az xəbər verir ki, deputat Eldəniz Səlimovun vəkili Cavad Cavadov bildirib ki, E. Səlimov Bakı İstintaq Təcridxanasında 8 nəfərlik kamerada saxlanılır.
"Dünən Bakı İstintaq Təcridxanasında Razi Hümbətovla görüşdüm. Yaxşıdır, bütün dostlara salamları vardır. Saxlanma şəraitinə gəldikdə deyə bilərəm ki, kamerada səkkiz nəfər var. Kamera yoldaşlarından biri də deputat Eldəniz Səlimovdur”.
Qeyd edək ki, Razi Hümbətov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib. O “Müsəlman Birliyi” hərəkatının üzvüdür.
Röyal