Ermənilər işğalçılıqdan əl çəkir, yoxsa..?

Ermənilər işğalçılıqdan əl çəkir, yoxsa..?
 

N.Paşinyan: "Əraziləri ələ keçirmək fikrimiz yoxdur"

Paralel.az "Armenian Report"-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrini təcavüz üçün deyil, mümkün təcavüzdən qorumaq üçün inkişaf etdirir və modernləşdiririk.

Paşinyan hökumət iclasında deyib: "Əraziləri ələ keçirmək fikrimiz yoxdur, niyyətimiz suverenliyi və ərazi bütövlüyünü qorumaqdır. Heç bir təcavüzkar niyyətimiz yoxdur".

Onun sözlərinə görə, bölgədə sülh və sabitlik Ermənistanın uzunmüddətli strategiyasıdır: "Beynəlxalq gündəmdəki tərəfdaşlarımızın dəstəyi ilə və lazım gələrsə birbaşa olaraq bu gündəmdə aktiv bir dialoqa başlamağa hazırıq".

Qeyd edək ki, ermənistan baş nazirinin "Qarabağ Ermənistandır" və keçmiş müdafiə naziri David Tonayanın "biz daha böyük ərazilər tutmaq barədə düşünürük" deməsi ilə Paşinyanın bu günkü bəyanat tam ziddiyət təşkil edir. Görünür, 44 günlük Vətən Müharibəsi ermənlərə gərəkən dərsi verib. Məramları səmimidirsə, bu işin xeyirinə olardı, amma "tülkünün həccə getməyinə" heç kim inanmır.

Akif Nəsirli

0.045701026916504