Rusiya maskasını çıxartdı
Sergey Şoyqu: "Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatına töhfə verməyə hazırdır"
Rusiya Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatına kömək etməyə hazırdır.
Paralel.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Arşak Karapetyanı Moskvada qarşılayarkən deyib.
"Həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahatıların həyata keçirilməsinə köməyimizi davam etməyə hazırıq. Bu asan bir iş deyil, amma düşünürəm ki, təcrübənizlə bu işin öhdəsindən layiqincə gələcəksiniz " - deyə Şoyqu bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanda yerləşən, yaxşı təchiz edilmiş 102-ci Rusiya hərbi bazası respublikanən təhlükəsizliyinin qarantıdır. "Ermənistan Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır və biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq".
Akif