Rusiya agenti Almaniyada həbs edildi
Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi ingiltərəli əməkdaşının Moskvada işləməkdə şübhəli bilinərək ölkənin Baş Prokurorluğunun təqdimati ilə həbs edilməsinə çox ciddi yanaşıb və nazirliyin sözçüsü Christopher Burger bildirib ki, istintaqı yaxından izləyəcək: "Almaniya ərazisindəki tərəfdaşların casusluq hərəkətləri etməsi qəbul edilməzdir".
Almaniya Federativ Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, İngiltərənin Berlindəki səfirliyində çalışan ingilis David S. Potsdamda saxlanılıb. O, ən azı bir dəfə iş yerində məşğul olduğu sənədləri Rusiya xüsusi xidmət orqanlarınınin nümayəndəsinə təhvil verməkdə şübhəli bilinir.
Rusiyanın Almaniyadakı səfirliyi hadisəyə şərh verməkdən imtina edib.
Akif