Rusiya Ermənistanla hərbi əməkdaşlığı genişləndirir
Paralel.az xəbər verir ki, Rusiya Ermənistanın silahlı qüvvələrinin modernləşdirilməsində Ermənistana kömək etməyə hazır olduğunu bəyan edib. “Armenpress”in TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşü zamanı deyib: “Biz həm ikitərəfli əsasda, həm də KTMT çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahat proqramlarının həyata keçirilməsini daha da dəstəkləməyə hazırıq”.
Məlumata görə, S.Şoyqu Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının yaxşı
təchiz və təhlükəsizliyin təmin olunduğunu da deyib: “Ermənistan Qafqazda sülhün təmin edilməsində Rusiyanın əsas müttəfiqidir. Biz bölgədə sülhün qorunmasında çox maraqlıyıq”. Mətbuat yazır ki, Sergey Şoyqu Arşak Karapetyanı müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə də təbrik edib. O deyib ki, bu təyinat ölkənin müdafiə sektoru qarşısında islahatların həyata keçirilməsi üçün çətin vəzifələrin dayandığı bir vaxtda baş verib.
Nigar