Xankəndidə silahlanma sürətlənir
 

Xankəndidə silahlanma sürətlənir 
 

Əli Orucov: "Azərbaycan öz növbəsində məsələyə loyal yanaşır, Rusiya qarşısında tələblərini kəskin şəkildə qoymur"

10 noyabır bəyannaməsinin şərtlərindən biri Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti olaraq (ilkin olaraq 5 il) yerləşdirilməsi idi. Artıq noyabırın 10-u, səhər saatlarında Rusiya sülhiəramlıları ərazidə dislokasiya edildi. Sülhməramlıların beynəlxalq statusuna daxil olan şərtlərdən biri onun tərkibinin beynəlimləl olması, yəni bir neçə ölkənin silahlı qüvvələrindən ibarət olmasıdır. Bu şərt Rusiyaya Azərbaycan tərəfindən güzəşt olundu, yalnız rus sülhməramlıları bölgəyə yerləşdirildi. İkincisi, mühüm müddəlaradan biri də ondan ibarətdir ki, sülhməramlılar mümkün olan ən qısa müddətdə ərazini silahsızlaşdırmalıdır. Hətta, bəyannamədə göstərilir ki, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi ilə erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması eyni vaxta həyata keçirilməlidir. Buna rəğmən 9 avqust tarixində daha bir Ermənistan MN-nin hərbi hissəsi Laçın dəhlizindən keçərək Xankəndidə yerləşdirilib.

Bununla yanaşı, ermənilər Qarabağda dinc dayanmır. Məsələn, Rusiya sülhməramlılarının məlumat büllitenində qeyd olunur ki, 9 avqust saat 17:45 radələrində Şuşa ətrafında erməni silahlı birləşmələri ilə Azərbaycan SQ-nin hərbçiləri arasında atışma baş verib. Rusiya sülhməramlılarının səyi nəticəsində atışma dayandırılıb.

Bütün bunlara rəğmən Azərbaycan tərəfdən Rusiyaya qarşı adekvat addımlar atılmır, yalnız Müdafiə Nazirliyinin narahatlıq bəyanatı səsləndirilir. Əslində isə bu məsələ siyasi hakimiyyətin ən yüksək səviyyədə münasibət bildirməli olduğu problemdir. Bu məsələlərə münasibət bildirmək üçün politoloq Əli Orucova müraciət etdik. Politoloq bildirdi ki, Rusiya Azərbaycana qarşısında götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədiyi halda, Ermənistana qarşısında öhdəliklərə daxio olmayan məsələləri də həll edir: "Məsələn, qaçqınların Xankəndiyə qaytarılması ilə bağlı sülhməramlıların missiyası olmadığı halda, erməniləri avtobuslara doldurub Xankəndinə gətirirlər, hələ ermənilərin oradakı sayını da şişirdirlər. Bu işlə əslində BMT məşğul olmalıydı.

Fikrimcə, burada də Azərbaycan hökumətinin zəifliyi özünü biruza verir. Əvvəldən Bakı öhdəliklərin yerinə yetrilməməsinə loyal yanaşdı, 10 noyabır bəyannaməsinin maddələri üzərində dirəniş göstərmədi, hər dəfə güzəşt yolunu tutdu, indi baş verənlər də onun nəticəsidir.

Əraziyə yeni silahlı qüvvələrin cəlb edilməsi müharibənin alovlanması şansını hər an artırır. Əslində Rusiya Azərbaycandan 5-10 il ərzində çıxmaq fikrində deyil, onların Qafqaza gəlişi uzun illəri hədəfləyir. Ona görə də Rusiy bütün imkanlarından istifadə edərək münaqişəni körükləyir, onun davam etməsi üçün hər şeyi edir. Azərbaycan isə öz növbəsində məsələyə biganə yanaşır, Rusiya qarşısında tələblərini kəskin şəkildə qoymur. Azərbaycan tələb qoymalıdı ki, ya sülhməramlılar öz öhdəliklərini yerinə yetirməli, ya da ərazidən çıxmalıdır. Çox təəssüf ki, biz Bakını bu cür mövqeini hələ ki, müşahidə etmirik. Bu isə Azərbaycan iqtidarının Moskvanın dəstəyindən imtinaya cəsarət edə bilməməsi ilə bağlıdır".

Akif Nəsirli

0.075282096862793