Erməni "beşinci kalonu"nun idman çəkmələri
Paralel.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində üstü bayraqla “bəzədilmiş” idman çəkmələri paylaşılıb. "Nike" şirkətinin saxta emblemi altında hazırlanan ayaqqabının emblemi Ermənistan baybının rəngi ilə boyanıb. Ayaqqabının bir tayının altına Azərbaycan, digər tayının altına isə Türkiyə bayraqlarınınq rəmzləri həkk edilib. Sözsüz ki, sosial şəbəkələrin azərbaycanlı və türk istifadəçiləri bu şərəfsizliyini payını verib. Bizim isə diqqətimizi cəlb edən başqa bir məsələ oldu.
Ermənistan cəmiyyəti artıq düşmənçiliyin dadını 44 günlük müharibədə doyunca hiss etdi və bu gün də hələ o acılar keçmib getməyib - onlarla erməni əsgəri Azərbaycan həbisxanalarında cəza çəkir, yüzlərlə itkin düşən əsgərlərin valideyinləri övlad yolu gözləyir. Elə isə sual yaranır: 30 ildən çox düşmənçilikdən bəhrə götürə bilməyən erməni cəmiyyəti nə üçün bu yolla düşmənçiliyi bir qədər də dərinləşdirməyə çalışır? Nə üçün yuxarıda qeyd etdiyimiz kimi, idman çəkmələri və buna bənzər simvollar ilə türklərdə və azərbaycanlılarda özlərinə qarşı nifrət yaradırlar?
Fikrimizcə, bu heç də erməni cəmiyyətinin özbaşına mesajı deyil, burada da maraq yalnız Rusiyanındır. Ermənistanda kifayət qədər ruspərəst qüvvələr var və həmin qüvvələrdən istifadə edilir. Yuxarıda qeyd etdiyimiz bayraqlarla "bəzədilmiş" idman çəkməsi də məhz Ermənistadakı "beşinci kolon"un məhsuludur. Çünki Rusiya bu iki xalqın bir-biri ilə barışmasını istəmir, əbədi düşmənçiliyi körükləyir.
Akif Nəsirli