Erməni mətbuatı öz çirkin ideologiyasını yaymaqdadır

Erməni mətbuatı öz çirkin ideologiyasını yaymaqdadır
 
Paralel.az xəbər verir ki, erməni mətbuatı yenə də təxribatçı ideologiyasından əl çəkmir. Mətbuat yazır ki, erməni kəndlərinin sakinləri sərxoş olan Azərbaycan əsgərlərinin gecə saatlarında havaya izləyici güllə atdığından, yüksək səsli musiqidən və xuliqan hərəkətlərdən şikayət ediblər. Xəbərdə deyilir: “Ermənistan Ombudsmanı Arman Tatoyana Azərbaycan ordusunun xuliqanlıq hərəkətləri ilə əlaqədar Geqarkunik və Syunik bölgələrinin sərhəd-yaşayış məntəqələrinin sakinlərindən çoxsaylı şikayətlər daxil olub. Ombudsman Arman Tatoyan sərhəd bölgələrində yaşayanların hüquqlarının pozulmasını RA-da fəaliyyət göstərən beynəlxalq strukturlara təqdim edib. Tatoyan öz Facebook səhifəsində erməni kəndlərinin sakinlərinin sözlərinə əsasən qeyd edir ki, sərxoş vəziyyətdə olan Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri gecə saatlarında havaya izləyici güllə ataraq mülki əhalini qorxudub, vaxtaşırı yüksək səsli musiqilər səsləndirir və səs-küy salırlar. Belə siqnallar ombudsman aparatına keçən ilin dekabrından daxil olur. Söhbət beynəlxalq hüquq normalarına zidd olaraq, Azərbaycanın döyüş mövqelərinin yerləşdiyi yaxın ərazilərdəki kəndlərdən gedir”. Vəziyyəti guya təhlil edən düşmən tərəfin gəldiyi qənaət də absurdluğu ilə seçilib. “Azərbaycan hərbçilərinin xuliqanlıq hərəkətləri yalnız Ermənistan silahlı qüvvələrinin adekvat tədbirlərindən sonra dayandırılır” deyə, erməni mətbuatı mənfur xislətinə bir daha sadiq qaldığını nümayiş etdirib.
 
Nigar
 
 
 
 
 
 
 
0.04834508895874