ABŞ Senatı 1 trilyon dollarlıq infrastruktur paketini təsdiq edib

ABŞ Senatı 1 trilyon dollarlıq infrastruktur paketini təsdiq edib
 

Paralel.az xəbər verir ki, ABŞ Senatı avqustun 10-da 1 trilyon dollarlıq ikipartiyalı infrastruktur qanun layihəsini təsdiq edib. 
69 lehinə, 30 əleyhinə səslə son illərin ən böyük qanun layihəsi təsdiq edilib. Respublikaçılardan 19-u, Demokratlardan isə Senatda 50 yerə malik olan bütün üzvləri sənədə müsbət səs verib.
Paketə təxminən 550 milyard dollarlıq yeni xərclər daxildir ki, bu məbləğ yollar, su sistemləri və genişzolaqlı internetə çıxışın yaxşılaşdırılmasına sərf ediləcək.
Çərşənbə axşamı səsvermə bir qrup Demokrat və Respublikaçılar arasında aparılan danışıqlardan sonra keçirilib.

Hər iki tərəfdən də qanun layihəsinin əleyhinə çıxanlar olub. Demokratlar vəsaitin ölkənin ehtiyaclarını ödəmək üçün kifayət qədər olmamasına, Respublikaçılar isə layihənin əhatə dairəsi və qiymət etiketinə etiraz eedib.
Daha böyük paket (3.5 trilyonluq sosial təhlükəsizlik) Senatdakı Demokratların dəstəyinə malikdir, amma Respublikaçıların deyil. Demokratlar çox ehtimal ki, büdcə uzlaşması kimi tanınan xüsusi bir prosesi davam etdirərərək, qanun layihəsinin yalnız sadə səs çoxluğu ilə irəliləməsinə və potensial filibasterə (Respublikaçılar tərəfindən səsverməni bloklamaq və ya gecikdirmək) məruz qalmamasına imkan yaradacaq.
Demokratların çoxluğa sahib olduğu bərabər bölünmüş Senatda paketin üzvlərin üçdə ikisindən çoxunun dəstəyini alacağı gözlənilirdi.
Senatda təsdiq edilməklə, sənəd Nümayəndələr Palatasına göndəriləcək. Qanun layihəsi Nümayəndələr Palatasına sentyabrda nəzərdən keçirəcək.

0.039859056472778