Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib

Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib
 

“Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərlə bağlı “Böhran mərkəzi”nin xüsusi iclası üç saata yaxın davam edib”.

Paralel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyənin Muğla şəhərində yerli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib:

“Digər yanğınlar nəzarət altına alınıb. Artıq demək olar ki, Köycəğizdəki də yanğın lokallaşdırılıb. Ehitmal ki, sabah şad xəbərlər eşidəcəyik. Avqustun 10-da Fövqəladə Hallar Nazirliyinin 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobilləri xidmət aparır. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocağlarının soyudulması işlərini görüblər”.

E. Mirzəyev qeyd edib ki, Türkiyənin bütün şəhər və rayonlarında Azərbaycan yanğınsöndürənlərinə qarşı gözəl münasibət olub.

0.030560970306396