Endrü Kuomo istefa verib

Endrü Kuomo istefa verib
 

"İndi ata biləcəyim ən yaxşı addım kənara çəkilib, hökumətin idarəetməyə qayıtmasına icazə verməkdir və buna görə də bunu edəcəyəm" - deyə, Kuomo televiziya ilə nümayiş etdirilən mətbuat konfransında bildirib.

Paralel.az xəbər verir ki, üç müddətli qubernator istefasının elan edilməsindən 14 gün sonra qüvvəyə minəcəyini deyib.

İstefa verməsinə baxmayaraq, Kuomo qadınlara qəsdən hörmətsizlik etdiyini inkar etməkdə davam edib və iddiaların ona qarşı "siyasi motivli" olduğunu bildirib.

Kuomonu Konqresin keçmiş üzvü, 62 yaşlı Demokrat qubernator Keti Hoçul əvəz edəcək. O, Nyu -York qubernatoru vəzifəsini icra edəcək ilk qadın olacaq.

Hoçul tweeter səhifəsində "Qubernator Kuomonun istefa qərarı ilə razıyam. Bu, düzgün addımdır və Nyu yorkluların xeyrinədir. Hökumətin bütün səviyyələrində vəzifə yerinə yetirən və ardıcıl olaraq gələn biri kimi Nyu York ştatının 57-ci qubernatoru vəzifəsinə hazıram" yazıb.

Nyu York ştatının Baş prokuroru Letitia Ceyms keçən həftə Kuomonun iddia edilən hədəflərinin ştat hökumətinin hazırkı və keçmiş işçiləri olduğunu bildirmişdi.

Ceymsin dediyinə görə, araşdırmalar zamanı Kuomonun davranışında arzu olunmayan öpüşlər, qucaqlamalar, toxunmalar və qəbuledilməz qeydlər kimi hərəkətlər aşkar edilib.

0.028568029403687