Keçmiş nazir 44 günlük müharibədə oğlunun özünü vurmasını təkzib edib
Paralel.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan 44 günlük müharibə zamanı oğlunun ayağından güllə yarası almasından danışıb. Ohanyan bu barədə yayılan xəbərləri gülünc adlandırıb. Mətbuat xatırladıb ki, Ohanyanın motorlu tüfəng bölmələrindən birinin komandiri olan oğlu ötən ilin oktyabrındakı döyüşlər zamanı yaralanıb. Bu ilin aprelində isə baş nazir Nikol Paşinyan parlamentin kürsüsündən müxalifət fəaliyyətində fəal iştirak edən keçmiş hərbçinin oğlunun əməliyyatı tamamlamaması üçün müvafiq əməliyyatın pozulmasından danışıb. Mətbuata görə, Artur Ohanyanın qəsdən özünü ayağından vurması barədə şayiələr yayılıb.
Keçmiş nazir isə çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamada oğlunun hansı şəraitdə yaralandığını detallarınadək bildiyini söyləyib. Onun dediyinə görə, oğlu qorxaq olsaydı, cəbhə bölgəsinə getməzdi. O, oğlunun tankda özünü yaralaması barədə deyilənlərə cavab olaraq “bunu deyənlər oğlumun tank bölməsinə komandanlıq etmədiyini başa düşmür” söyləyib: “Oğlum hərbi peşəni təkbaşına seçib. Bəlkə də o mənim simamda bu sahəyə maraq göstərib. Oğlum öz borcunu vicdanla yerinə yetirib”.
Müdafiə Nazirliyinin keçmiş rəhbəri onu da bildirib ki, oğlu hərbi hissənin komandiri təyin olunanda Nikol Paşinyan şəxsən onu söhbətə dəvət edib: “Baxmayaraq ki, bu cür təyinat baş nazirin birbaşa işi deyil”. Ohanyan onun yalnız hərbi vəzifələri ilə məşğul olaraq, heç vaxt siyasətə qarışmadığını da söyləyib.
Nigar