Uca Allah fəsadı və fəsad çıxaranları tanıdır 

Uca Allah fəsadı və fəsad çıxaranları tanıdır 
 

Siracəddin Hacı: “Onlara (münafiqlərə-ikiüzlülərə): “Yer üzündə fəsad çıxarmayın”, - deyiləndə: “Biz sadəcə islahatçıyıq”, - deyərlər”. Aman diqqət, (əmin olun) ki, onlar məhz fəsadçılardır, ancaq bunun fərqində belə deyillər”(2/11).

Fəsad çıxarmaq münafiqlərin ən önəmli əlamətlərindən biridir. Fəsad bir şeyin ölçüdən çıxması, həddini aşması, pozulmasıdır, ziddi səlahdır (islahdır).
Fəsad Qurani-Kərimə aid anlayışdır: “Əgər göylərdə və yerdə Allahdan başqa ilahlar olsa idi, (göylər və yer) xaos içində məhv olardı...” (Ənbiya, 21/22), “İnsanların öz əlləri ilə etdikləri üzündən torpaqda və dənizdə fəsad çıxdı” (Rum, 30/41), “Allah fəsadı sevməz” (Bəqərə, 2/205), “Allah fəsadçıların işini düzəltməz” (Yunus, 10/8), “Allah fəsad çıxaranı islah edəndən seçər (ayırar)” (Bəqərə, 2/220).
Fəsad:
- yer üzündəki ilahi nizamı pozmaqdır;
- əxlaqın çürüməsidir;
- fitrətin pozulmasıdır;
- pozulmadır;
- mənəvi kirlənmədir;
- şirkin bir növüdür;
- münafiqlər fəsadçıdırlar, onların içində bir neçə kimlik var, dondan-dona girirlər, şəraitə görə rəngləri, sözləri, işləri dəyişir, bunlar fəsadın əlamətləridir;
- fəsad bir şeyin doğru yoldan ayrılması, ziddi olan səlah isə (islah) bir şeyin doğru yola girməsidir;
- fəsad bir şeyin əslindən uzaqlaşması, səlah bir şeyin əslinə dönməsidir;
- fəsad bir şeyi yararsız hala gətirməkdir;
- yer üzündə fəsad çıxarmaq hər sahədə savaş, qarışıqlıq çıxarmaqdır: “Çünki belə bir durumda yer üzündə olan hər şey zərər görəcək, hər şey əsl mahiyyətini, təbiiliyini itirəcək, hər yerdə anarxiya/qarışıqlıq hakim olacaq. İnsanların hal və davranışlarında dürüstlük qalmayacaq, əkinlər, məhsullar məhv olacaq, din və dünya ilə bağlı faydalı olan hər şey pozulacaq, dünyanın və insanlığın tarazlığı sarsılacaq”; (Zemahşeri, el-Keşşaf, c.I, s. 110)
- fəsad bir şeyi orta halından çıxarmaqdır;
- faiz bir fəsaddır – iqtisadi tarazlığı pozur;
- zülm fəsaddır - ədaləti sıradan çıxarır;
- iqtisadi qeyri-bərabərlik fəsaddır – zülmü artırır;
- rüşvət fəsaddır – haramı çoxaldır;
- zina fəsaddır - ailəni dağıdır;
- şirk fəsaddır – tövhidi öldürür, insanı kölələşdirir;
- uyuşdurucu maddələr bir fəsaddır – bədənin, ağlın, qəlbin sağlamlığını pozur;
- kin, qəzəb, paxıllıq bir fəsaddır – insanlararası sağlam münasibətləri pozur;
- əxlaqı pozan, ağılı qarışdıran musiqi, kitab, əyləncə bir fəsaddır;
- haramı halala qarışdırmaq fəsaddır - əxlaqı öldürür, insanı qudurdur;
- qidaların fitrətini pozmaq fəsaddır – xəstəliklərə yol açır;
- anlayışların mənasını dəyişdirmək, təhrif etmək fəsaddır –təsəvvürü, əxlaqı, davranışı pozur, anlayış dəyişəndə davranış da dəyişir;
- yalan bir fitnədir – güvəni yox edir;
- zülmü çoxaldan siyasət fəsaddır, yoxsulluğu, kini, nifrəti artırır, toplumu parçalayır;
- fəsadçılıq ictimai bəladır;
- fəsad bir şeyin faydalı olmaqdan çıxmasıdır;
- fəsadçılar bu gün deyirlər ki, din tarixdə qalmışdır, dinə ehtiyac yoxdur, müsəlmanların geri qalmasının səbəbi İslam dinidir, din terrordur;
- fəsad savaş və fitnə çıxarmaqdır;
- fəsad doğruluqdan uzaqlaşmadır;
- fəsad can və mal güvənliyinin ortadan qalxmasıdır;
- yer üzündə fəsad çıxarmaq haqq din olan İslamdan və Qurani-Kərimdən uzaqlaşmaq, inanmayanlarla dostluq qurmaqdır (Kurtubi);
- fəsad Allaha üsyandır (İbn Abbas, Həsən Bəsri, Katadə, Suddi)".
0.039704084396362