İnsanlıq və humanizm
Bu gün avtobusda 1 hadisənin şahidi oldum. Təqribən 20-25 yaşlı sürücüsü olan avtobusa 65-70 yaşlarında bir yaşlı qadın mindi. Boş yer tapıb oturudu, dəsmalını çıxarıb arasındakı qəpikləri saydı. 20 qəpik düzəldib sürücüyə uzatdı və zəif səslə "oğlum" deyib parkın yanında saxlamağı xahiş etdi.
Sürücü pulu götürmədi. Avtobusu parkın yanında saxlayıb "2 dəqiqə gözləyin, gəlirəm" deyib mağazaya tərəf götürüldü. 4 qab süd, 2 smetan, makaron, düyü. ət. çörək alıb qayıtdı.
Qadın utancaq səslə "mənim pensiyam bunlara çatır" deyə ağlamsındı. Sürücü isə "əgər bunları götürməsə elə indi zibil qabına atacam" dedi. Qoca qadın hönkürüb ağladı. Avtobusda gözləri yaşaranlar da az deyildi.
Qadın sumkaları götürüb sürücünün alnından öpdü, uğur arzuladı və getdi. Bu vaxt 40 yaşlarında kök 1 qadın " bir çox sağola görə bu qədər pul xərcləməyə və bizi burda gözlətməyə dəyərdimi?" deyə qışqırdı. Oğlan qapını açaraq " Sizə görə insanlar bütün gəncləri tərbiyəsiz bilir, çünki öz uşaqlarınıza simiclikdən və iki üzlülükdən başqa heç nə öyrədə bilmirsiniz" dedi. Avtobusdakı sərnişinlər sürücünü alqışladılar, qadın qaça-qaça avtobudan düşüb gözdən itdi. Cəmiyyətimizə belə gənclər, belə sürücülər lazımdı. Paylaşın hamı örnək götürsün.
Cəngavər Dumanov