Ermənilər Qafan aerportunu istismara verməyə cəsarət etmir

Ermənilər Qafan aerportunu istismara verməyə cəsarət etmir
 

Vaqe Aakobyan: "Qafandakı hava limanı hazırdır, amma heç kim uçuşa görə məsuliyyəti üzərinə götürmür" 

Paralel.az "Sputnik-Armeniya"ya istinalən xəbər verir ki, "Hayastan iqtisadi məsələlər komissiyası"nın rəhbəri vəzifəsinə namizəd Vaqe Aakobyan parlamentdəki çıxışı zamanıdeyib ki, Qafandan Yerevana uçuşların açılmasına görə heç kim məsuliyyət daşımağa hazır deyil: "Hava limanı üç ilə təmir edilib. Bir rəqəm söyləyəcəyəm - bunun üçün 9 milyard dram (təxminən 18 milyon dollar) və bir təyyarə xərcləndi. Hava limanı istismara hazırdır, ancaq sizin yarıtmaz siyasətiniz nəticəsində o sərhədə çevrildi".

Onun sözlərinə görə, indi təyyarələrin Qafan və İrəvan arasında uçmasına üçün heç kim məsuliyyət daşımır, indiki hakimiyyət bu barədə danışmır, 90-cı illərdən bəri Ermənistanda yeni hava limanı tikildiyini heç kimin xatırlamır.

Hələ 2021-ci ilin yanvarında Ermənistan Ombudsmanı Arman Tatoyan Sünik bölgəsindəki sərhədlərin uzlaşdırılması nəticəsində təkcə Qafan hava limanının deyil, hətta, İrəvana gedən yolun da təhlükə altında olduğunu bildirmişdi.

Qeyd edək ki, İrəvandan Qafanı 5-6 saatlıq avtomobil yolu ayırır. Sovet dövründə burada hava limanı və dəmir yolu tikilib. 90-cı illərin əvvəllərindən etibarən hava limanı və Qəfən şəhəri Azərbaycan silahlı qüvvələrinin atəşinə məruz qaldı. 2017-ci ildə burada əsaslı təmir işləri başlayanda uçuş-enmə zolağında partlamamış mərmi tapılıb.

Akif Nəsirli

0.076645135879517