Rusiyanın Azərbaycan məhsuluna qoyduğu qadağa ləğv edilib
Paralel.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2021-ci ilin avqustun 10-dan etibarən “Rosselxoznadzor” Azərbaycanın səkkiz müəssisəsindən alma idxalına icazə verib.
Məlumata görə, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin alma bitkiləri yetişdirilən müəssisələrdə aparılan fitosanitar monitorinqinin nəticələrinə dair məlumatların təhlili əsasında, habelə səlahiyyətli idarənin özünün zəmanəti ilə qəbul edilib.
Xəbərdə qeyd edilib ki, 10 dekabr 2020-ci ildən etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalına qadağa qoyulub. Qadağanın tətbiqi Azərbaycan məhsullarının zərərvericilərlə davamlı təmin edilməsi ilə izah edilib. Bildirilib ki, bu məhsullarda Cənubi
Amerika pomidor güvəsi və şərq güvəsi aşkar edilib. Həmin tarixdən bir həftə sonra isə bir sıra müəssisələrə qoyulan qadağalar tədricən aradan qaldırılıb. Bir çox meyvə-tərəvəz istehsalçısından təchizata icazə verilməsi qərarı bu ilin mart ayında verilib. O da bildirilib ki, Rusiya prezidenti Vladimir Putin MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalının artırılması barədə göstəriş verib.
Nigar