Operativ Qərərgahın yanlış qərarı, yaxud taksi mafiyasının gücü

Operativ Qərərgahın yanlış qərarı, yaxud taksi mafiyasının gücü
 

Açığını deyim ki, cəmiyyətimizin Operativ Qərargahın və TƏBİB-in qəbul etdiyi qərarlara münasibəti birmənalı deyil. İnsanlar hesab edirlər ki, istər insanların toylara maskalı, yaxud peyvənd pasportu ilə buraxılması, istərsə də həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağaların heç bir məntiqi əsası və açıqlaması yoxdur. Belə çıxır ki, OQ və TƏBİB ictimai rəylə ümumiyyətlə razılaşmır və ancaq öz bildiyini edir. Bildiyim qədəri, bu qurumlar həftəsonu da fəaliyyət göstərir. Görəsən, onların əməkdaşları iş yerlərinə hansı nəqliyyat növündən istifadə edərək gəlir? Bəlkə dövlət bu qurumların rəhbərləri kimi, bütün əməkdaşlarına da avtomobillər hədiyyə edib ki, ictimai nəqliyyatın işləmədiyi günlərdə işə gələ bilsinlər. Maraqlıdır ki, bu qurumların heç biri, bu məsələ ilə bağlı heç bir açıqlama da vermir. Görünür, onların ölkəmizdə fəaliyyət göstərən taksi mafiyası ilə əlaqələri var. Pandemiyya davam etdikcə, onlar da insanları məcbur edəcəklər ki, həftəsonları taksi xidmətindən istifadə etsinlər. Bilirsiniz ki, taksilər də həftəsonu qiymətləri iki qat artırırlar, bu da istər, istəməz şübhələr yaradır ki, taksi mafiyası, məhz həmin qərar üçün kimlərəsə "haqq" ödəyir. Əks təqdirdə, OQ və "TƏBİB"in marağı nədir ki, insanların bütün etirazlarına rəğmən bu yanlış qərardan vaz keçmirlər?

Yusif Seyid

0.38542509078979